Arif Yusif oğlu Səfərov 20.08.1947-ci ildə Şərur rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1954-1955-ci illərdə Şərur rayonunun Tumaslı kəndində 11 illik orta məktəbini bitirmişdir.

    1965-1970-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki S.Ağamalı oğlu adına “Şərəf nişanlı” ordenli Azərbaycan Aqrar Universitetini) fərqlənmə diplomu ilə qurtarmışdır.1970-1971-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1977-1980-cı illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsində təlimatçı və Şöbə müdiri əvəzi, 1980-1984-cu illərdə Naxçıvan MR Üzümçülük-Şərabçılıq Aqrar istehsalat birliyinin baş direktoru, 1984-2009-cu illərdə Naxçıvan MR Dövlət Plan Komitəsində və Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində Şöbə müdiri vəzifələrində işləmişdir.

     A.Y.Səfərov 1996-cı ildən Naxçıvan Özəl Universitetində müəllim, baş müəllim vəzifələrində, 2008-ci ildən isə “Təbiət elmləri” kafedrasının müdiri vəzifəsində işləyir.

  1988-ci ildə namizədlik dissertasiyası müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 

  2011-ci ildən Naxçıvan Özəl Universitetinin “Təbiət elmləri” kafedrasının dosentidir.

  2009-cu ildən ictimai əsaslarla Universitetin Elmi Şurasının elmi katibidir.

  A.Y.Səfərov 2010-ci ildə AMEA-nın Elmi İnformasiyalar Mərkəzi tərəfindən beynəlxalq sertifikata layiq görülmüşdür.

  A.Y.Səfərov 97 elmi əsərin, o cümlədən 3 kitabın (onlardan biri dərs vəsaitidir), 5 kitabçanın, 11 metodik tövsiyənin, 34 elmi məqalənin, 43 bukletin, bakalavr hazırlığı üçün 1 tədris proqramının müəllifidir və 5 namizədlik dissertasiyasına rəy vermişdir.

  Evlidir, 4 övladı var.

 

Kitablar

1. Həyat bilgisi və onun tədrisi metdikasından konspektlər. (mühazirələr xülasəsi)

Dərs vəsaiti Naxçıvan Özəl Universitetinin Elmi Şurasının “06” iyul 2010 – cu il tarixli iclasının (protokol № 09) qərarı ilə bakalavr hazırlığı üçün təsdiq olunmuş proqrama uyğun hazırlanmışdır. Dərs vəsaitində “Həyat bilgisi” fənninin mövzusu və vəzifələri, canlı və cansız təbiətin ayrı – ayrı sahələrini əhatə edən bölmələr, ekoloji tarazlığın qorunması kimi məsələlər öz əksini tapmışdır. Vəsait ali məktəblərin müvafiq ixtisas tələbələri, magistrantlar, gənc tədqiqatçılar, orta ixtisas məktəblərinin tələbələri, eləcədə orta məktəb müəllimləri və şagirdləri üçün nəzərdə tutulmuşdur.

 

 

2.NAXÇIVAN MUXTAR RESPUBLİKASININ YABANI QİDA VƏ DƏRMAN ƏHƏMİYYƏTLİ BİTKİLƏRİ.

Metodik vəsait Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının “Biologiya” bölməsinin “09” iyul 2012 – ci il tarixli iclasının (protokol № 04) qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin “13” iyul 2012 – ci il tarixli 1396 № - li əmri ilə çap olunmuşdur. Metodik vəsaitdə Naxçıvan MR ərazisində geniş yayılan və məişətimizə daxil olan, xalqımız tərəfindən qida və dərman kimi istifadə edilən bəzi ağac, kol və ot bitkilərinin botaniki təsviri, coğrafi yayılması, bitmə şəraiti, həyətyanı sahələrdə becərilməsi imkanları, habelə onların qida və müalicə əhəmiyyəti haqqında məlumat verilir. Vəsaitdə yabanı qida və dərman əhəmiyyətli bitkilərin rəngli fotoşəkilləri də verilmişdir. Metodik vəsait ali məktəblərin bakalavr hazırlığı üçün “İbtidai sinif müəllimliyi” ixtisası tələbələri, tam orta məktəblərin şagird və müəllimləri, eləcədə yabanı qida və dərman əhəmiyyətli bitkilərlə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.

 

     Metodik tövsiyələr

1. Zeytun bitkisinin zərərvericiləri və başlıca zərərverici növlər əleyhinə mübarizə tədbirlərinin işlənib hazırlanması. Bakı-1987

2. Tərəvəz və bostan bitkilərinin yetişdirilməsinə dair tövsiyyələr. Naxçıvan-2000

3 . Taxılın becərilməsi aqrotexnikası. Naxçıvan-2009

 
 
 
 
 
 
 
 
  
 
4. Tərəvəz bitkilərinin becərilməsi aqrotexnikası. Naxçıvan – 2009    

 

 

 

 

 

5. Meyvə bağlarının becərilməsi aqrotexnikası. Naxçıvan – 2009

    

6. Bostan bitkilərinin becərilməsi aqrotexnikası. Naxçıvan – 2009

     

 

 

 

 

 7. Üzüm bağlarının becərilməsi aqrotexnikası. Naxçıvan – 2009

8.Tütünün becərilməsi aqrotexnikası. Naxçıvan – 2009

    

 
 







9. Kartofun becərilməsi aqrotexnikası. Naxçıvan – 2009
 
 

  

 

 

 

 

 

 10. Yem bitkilərinin becərilməsi aqrotexnikası. Naxçıvan – 2009

 11. Naxçıvan MR – nın rayonlarının əkinçilik məhsulları üzrə ixtisaslaşdırılması. Naxçıvan – 2009

  

Kitabçalar

  1. Dən və dən məhsulları ehtiyatlarının zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri. Naxçıvan – 2003.
  2. Taxıl bitkilərinin əsas zərərvericiləri və onlara qarşı mübarizə. Naxçıvan – 2007
  3. Yabanı bitkilərin qidalılıq əhəmiyyəti. Naxçıvan – 2007
  4. Kartof  bitkisinin əsas xəstəlikləri və zərərvericiləri, onlara qarşı mübarizə tədbirləri. Naxçıvan – 2008
  5. Azərbaycanda zeytun bitkisinin zərərvericiləri və başlıca zərərverici növlər əleyhinə mübarizə tədbirlərinin işlənib hazırlanması. Dissertasiya işinin Avtoreferat – 1987
  6. Azərbaycanda zeytun bitkisinin becərilməsi. Az.ETETİİ, Bakı – 1987. (plakat)
    Proqram

  1. NÖU – nin Elmi Şurasının “30” oktyabr 2009 – cu il tarixli 02 saylı qərarı ilə təsdiq edilmiş “İbtidai sinif müəllimliyi” ixtisası üzrə bakalavr hazırlığı üçün “Həyat bilgisi və onun tədrisi metodikası” fənninə dair Proqram. “Qızıldağ” mətbəəsi – 2009

 

 

 
 
 
     Məqalələri Tezislər və bukletlər
  
  

Babək məhəlləsi 1, Naxçıvan MR, Azərbaycan TEL : + 994 (036) 545 58 56 FAX: + 994 (036) 545 15 16